Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

İlk iki etapı uğurla adlayan Azərbaycan çempionu “Sabah” Danimarka səfərində “Orhus”la qarşılaşacaq.

“Orhus” “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. “Randers Stadium”da keçiriləcək görüşün baş hakimi sloveniyalı referi Rade Obrenoviç olacaq.