“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

“Kimyaçılar” braziliyalı futbolçu Lukas Blekin keçidini açıqlayıb. 26 yaşlı yarımmüdafiəçinin son klubu Braziliya D seriyasının “Ferroviario” komandası olub.

Blek karyerasında ilk dəfə ölkə xaricində çıxış edəcək.