8-9 avqust tarixində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə Avropa Kuboku keçiriləcək. Turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edəcək. İdmançılarımız 6 çəki dərəcəsində medalçılar sırasına düşməyə çalışacaq.

Oğlanların turnirində isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kq) tatamiyə çıxacaq.

Qızların yarışında isə Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə ( hər ikisi 52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kq) və Nilgün Rzayeva (63 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa Kubokunda ümumilikdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) iştirak edəcək.