Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.
53 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda moldovalı Ruslana Karapetiantı 11:0 hesabı ilə üstələyib.
Bayramova təsnifat mərhələsində israilli Sela Rozovu da eyni hesabla məğlub etmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.














