Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürəcək.

Avqustun 2-nə qədər davam edəcək yarışın ilk günündə döşək üzərinə yunan-Roma güləşçiləri çıxacaq.

Azərbaycanın isə 5 təmsilçisi mübarizəyə start verəcək.

Təsnifat mərhələsi

55 kq

Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)

65 kq

Orxan Həbibli – Qaspar Sançez (Çexiya)

80 kq

İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)

110 kq

Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)

1/8 final

48 kq

Ömər Salmanov – Avinaş Çetake (Hindistan)

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edəcək.