Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər, eləcə də 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçirilib.
Yarışda Azərbaycanı təmsil edən Tatyana Smilovenko uğurlu nəticə ilə yadda qalıb. O, 500 metr məsafədə birnəfərlik kanoe qayığında ikinci olub.
Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib çıxıb.













