“Mançester Siti” özbəkistanlı futbolçusu Abduqodir Xusanovla yeni müqavilə imzalayıb.

22 yaşlı müdafiəçinin 2029-cu ilə kimi olan sözləşməsi daha 2 il uzadılıb.

Qeyd edək ki, 2025-ci ildə “Lans”dan “şəhərlilər”ə keçən Xusanov, bu müddətdə bütün turnirlərdə 47 oyuna çıxıb, 1 qol vurub. O, “Mançester Siti” ilə İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.