“Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli 2026-cı il “Formula 1” dünya çempionatının 10-cu mərhələsi olan Belçika Qran-prisinin qalibi olub.

İkinci yeri “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tutub.

“Formula 1” üzrə növbəti mərhələ iyulun 24-26-da Macarıstanda keçiriləcək.