Azərbaycan Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışlarını keçirib.

Yarışlarda ümumilikdə 10 Qarabağ və Dilbaz atı iştirak edib. Proqram çərçivəsində iki qaçış təşkil olunub.

Üç yaşlı Dilbaz atları arasında 1400 metr məsafəyə keçirilən yarışda Sadiq Azayev “Şans” ləqəbli atla birinci olub. Mahmud Ağazadə “Sarban”la ikinci, Rəşid Musayev isə “Sarıyer”lə üçüncü yeri tutub.

Beş yaş və daha yuxarı Qarabağ atları arasında 2000 metr məsafəyə baş tutan qaçışda Rauf Tahirov “Xatun” ləqəbli atla qalib gəlib. Hilal Nəzərov “Sultan”la ikinci, Mahmud Ağazadə isə “Toxtamış”la üçüncü olub.

Cıdır mövsümünün növbəti yarışlarının sentyabrın 5-də keçirilməsi planlaşdırılır.