Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün Avro Liqanın B Divizionunda final oyununu keçirəcək.
Zeynal Zeynalovun rəhbərlik etdiyi komanda həlledici qarşılaşmada Latviya yığması ilə üz-üzə gələcək.
Azərbaycan millisi yarımfinalda Norveçi 6:1 hesabı ilə məğlub edib. Latviya isə digər yarımfinal görüşündə meydan sahibi Gürcüstandan 5:4 hesabı ilə üstün olub.
Qeyd edək ki, hər iki finalçı növbəti mövsüm Avro Liqanın A Divizionunda iştirak etmək hüququ qazanıb. Final görüşü isə B Divizionunun qalibini müəyyənləşdirəcək.
Batuminin “Beach Soccer Arena” stadionunda keçiriləcək Azərbaycan – Latviya matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Azərbaycan millisi qrup mərhələsində Latviya ilə görüşdə 2:3 hesabı ilə məğlub olub.














