Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Azərbaycan təmsilçisi “Sabah” da yeni mövsümdə ikinci görüşənə çıxacaq.

1 həftə əvvəl “Bank Respublika Arena”da keçirilən dueldə 2:0 hesablı qələbə qazanan Valdas Dambrauskasın komandası səfərdə də uğurlu nəticə əldə etmək niyyətindədir.

Qeyd edək ki, saat 21:30-da start götürəcək matç “CBC Sport”la canlı yayımlanacaq. İngiltərənin Osvestri şəhərində yerləşən “Park Holl Stedium”da təşkil ediləcək qarşılaşmanı ispaniyalı Mateo Buskets Ferrer idarə edəcək.