Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında daha 2 medal qazanıblar.
Üçüncü yarış günündə yunan-Roma güləşi millimizin 2 üzvü fəxri kürsüyə qalxıb.
Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya (6:1), Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya (8:0) qalib gələrək bürünc medal əldə ediblər.
Roman Kərimov (67 kq) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuska (9:0) və moldovalı Maksim Damaşinə (10:0) heç bir şans tanımayıb. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Amir Sovmizə 2:6 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətovla (77 kq) Orxan Hacıyev (87 kq) isə gümüş medal qazanıb.














