“Zirə” UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandasını qəbul edib.

Sumqayıt şəhər stadionunda gerçəkləşən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0.

32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.