Kanadalı üzgüçü Sammer Makintoş Monrealda keçirilən yarışda dünya rekordunu qırıb.

19 yaşlı idmançı 200 metr məsafəyə “kəpənək” üsulu ilə üzməkdə buna nail olub.

O, 2 dəqiqə 01.65 saniyə nəticə göstərib.

Əvvəlki rekord çinli Liu Zigeyə məxsus olub. Üzgüçü 2009-cu ildə bu məsafəni 2 dəqiqə 01.81 saniyəyə qət etmişdi.

Xatırladaq ki, S.Makintoş üçqat olimpiya və səkkizqat dünya çempionudur. O, hazırda dörd dünya rekorduna sahibdir.