“Mercedes”in pilotu Kimi Antonelli 2026-cı il “Formula-1” üzrə Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

Yarışlar “Silverstoun” avtodromunda keçirilir.

İkinci yeri “Ferrari”dən Şarl Lekler tutub, üçüncü pillədə isə onun komanda yoldaşı Lüis Hemilton qərarlaşıb.

Qeyd edək ki, əsas yarış bazar günü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.