Stolüstü tennis üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib.
“Şüa” İdman Kompleksində keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər.
Budəfəki yarışda paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb. Onlar şəxsi, qoşa və qarışıq-qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər.
Şəxsi mübarizə
Qızlar
- Mehin Mirzəbalayeva
- Yasəmən Həbibova
- Səidə Qulizadə, Banu İmanverdizadə
Oğlanlar
- Cəfər Almədədli
- Saleh Hümbətov
- Camal Kərim, Əliəkbər Mirzəliyev
Qoşa mübarizə
Qızlar
- Yasəmən Həbibova – Mehin Mirzəbalayeva
- Rüqəyya Cavadzadə – Gülnur Kərimli
- Aylin Cabbarova – Fatimə Şahvələdova, Səidə Qulizadə – Aylin Şərifli
Oğlanlar
- Saleh Hümbətov – Cəfər Almədədli
- Əliəkbər Mirzəliyev – Camal Kərim
- Vyaçeslav Esaukenko – Səid Quluzadə, Tunar Hüseynzadə – Həzrət Kamilov
Qarışıq-qoşa mübarizə
- Cəfər Almədədli – Yasəmən Həbibova
- Əliəkbər Mirzəliyev – Mehin Mirzəbalayeva
- Saleh Hümbətov – Banu İmamverdizadə, Raul Əsədov – Mehri Aslanzadə
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fəxri kürsüyə qalxan idmançılara diplom və medallar təqdim olunub.


















