“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub
48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb.
Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.


















