Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurduğunu təsdiqləyib.

DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasındakı məğlubiyyətdən sonra 40 yaşlı qapıçı karyerasını bitirib-bitiməməsi ilə bağlı sualı cavablandırıb.

O, millinin heyətində sonuncu oyununu keçirdiyini bildirib. Futbolçu daha əvvəl 2024-cü ilin avqustunda Almaniya yığmasındakı karyerasını başa vurduğunu elan etsə də, dünya çempionatı üçün yenidən milliyə qayıtmışdı.

Qeyd edək ki, 2014-cü ildə dünya çempionu olan Manuel Noyer Almaniya yığmasında 128 oyun keçirib.