Futbol üzrə dünya çempionatında Niderland Tunisi məğlub edib.

Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 3:1 hesabı ilə qalib gəliblər.

Elye Skiri (3-öz qapısına), Brayan Brobbi (7) və Yan Paul van Heke (62) Niderlandın qollarını vuran futbolçular olub.

Afrika təmsilçisinin yeganə qolu isə 54-cü dəqiqədə Hazem Masturidən gəlib.

F qrupunu lider baş vuran Niderland seçməsi növbəti mərhələdə C qrupunun ikincisi olan Mərakeşlə qarşılaşacaq.