Cəlilabadda “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, rayon rəsmiləri və idmançılar iştirak ediblər.
Qeyd olunub ki, məhəllə “Şəhərsalma və Memarlıq İli” münasibətilə “Sağlam həyat” layihəsi çərçivəsində yaradılıb.
İdman zonasının yaradılmasının məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və kütləvi idmanın inkişafına dəstək verməkdir.














