Futbol üzrə dünya çempionatında Əlcəzair İordaniyaya qalib gəlib.

I qrupunun II turunun matçı 2:1 hesabı ilə yekunlaşıb.

Hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb.

Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiqi 82-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı 2 cavabsız qolla üstələyib.