Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin II turunda, Avstriya yığmasına qarşı oyunda fərqlənərək turnir tarixində yeni rekordu müəyyənləşdirib.

Bu, Messi üçün dünya çempionatlarındakı 17-ci qol olub.

Beləliklə, o, 2014-cü ildən bu siyahıya başçılıq edən Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloseni (16 qol) geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.

Qeyd edək ki, hazırda davam edən matçda Argentina Avstriyanı 1:0 hesbaı ilə məğlub edir.