Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb. Azərbaycan millisi artıq yarışda ilk qızıl medalını qazanıb.

60 kq-da mübarizə aparan Balabəy Ağayev ilk mərhələdə ukraynalı rəqibi Artem Lesyuk tatamiyə çıxmadığından 18 finala yüksəlib. Növbəti deullərdə Avstraliyadan Coşua Katsa, gürcüstanlı Georqi Sardaraşviliyə və İrail təmsilçisi İsthak Aşpiçə qalib gələrək finala yüksəlib.

Həlledici qarşılaşmada yaponiyalı dünya çempionu Rüdzü Naqayamaydan üstün olan Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, yığmamız yarışda 17 idmançı ilə təmsil olunur.