Bu gün Fransada qılıncoynatma üzrə Avropa çempionatı start götürəcək. Yarışda Azərbaycanı 9 idmançı təmsil edəcək.

Sablya növündə qadınlarda Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç, Zərif Hüseynova, kişilərdə Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynli yarışacaq.

Şpaqada isə Vahab Fətullayev mükafatçılar sırasına düşməyə çalışacaq. Yarışa iyunun 21-də yekun vurulacaq.