Azərbaycanın iki boksçusu Çində keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.Reytinq xarakterli yarışın ilk günündə 50 kq-da Sübhan Mamedov 1/8 finalda hindistanlı Rişi Singlə üz-üzə gəlib və 5:0 hesablı inamlı qələbə əldə edib. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan özbəkistanlı Asilbek Jalilovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

60 kq-da Məhəmmədəli Aşırəliyev üçün də start uğurlu alınıb. Polşadan Yakub Krzpeitini 3:2 hesabı ilə məğlub edən boksçu 1/8 finalda braziliyalı Luis Qabrieli sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə təmsil olunur.