İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz” klubunun müraciəti ilə bağlı qərarını açıqlayıb.

Qurum UEFA Apellyasiya Orqanının iyunun 2-də qərb təmsilçisi barədə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

İyunun 15-də açıqlanan qərara əsasən, ötən mösüm Misli Premyer Liqasını üçüncü yerdə bitirən “Turan Tovuz” UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etməyəcək. Azərbaycanı bu turnirdə “Neftçi” və “Zirə” klubları təmsil edəcəklər.