ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatındaha daha dörd oyun keçiriləcək.

B qrupunun ikinci matçında Qətər İsveçrə ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

C qrupunun Braziliya – Mərakeş görüşü saat 02:00-da, Haiti – Şotlandiya dueli saat 05:00-da başlayacaq.

Nəhayət, saat 08:00-da D qrupunun Avstraliya – Türkiyə oyununa start veriləcək.

DÇ-2026

13 iyun

B qrupu

I tur

23:00. Qətər – İsveçrə

Baş hakim: Said Martines (Honduras).

“San Francisco Bay Area” stadionu

14 iyun

C qrupu

I tur

02:00. Braziliya – Mərakeş

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Nyu-York/Nyu-Cersi stadionu

05:00. Haiti – Şotlandiya

Baş hakim: Mustafa Qorbal (Əlcəzair).

Boston stadionu

D qrupu

I tur

08:00. Avstraliya – Türkiyə

Baş hakim: Xesus Valensuela (Venesuela).

“BC Place Vancouver” stadionu

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.