Çövkən üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Komanda finalda Çili seçməsini məğlub edib.

Qarşılaşma 3:0 hesabı ilə bitib.

Bürünc medal uğrunda görüşdə Uruqvay komandası Nigeri 3:2 hesabı ilə üstələyib.

Beləliklə, Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatının qalibi adını qazanaraq qızıl medala və çempionatın kubokuna sahib olub. Çili millisi ikinci yeri tutaraq gümüş medalla kifayətlənib, Uruqvay komandası isə üçüncü yeri əldə edib.