Azərbaycanın 3×3 basketbol üzrə qadın və kişilərdən ibarət milli komandaları Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə başlayacaq.
Kişilərdən ibarət kollektiv Kosovoda təşkil olunacaq turnirdə bu gün Albaniya, Malta və San Marino ilə üz-üzə gələcək.
Qadınlardan ibarət yığma isə A qrupunda Kipr və Maltanı sınağa çəkəcək.
Hər iki qrupda növbəti matçlar iyunun 14-də baş tutacaq.














