İtaliya millisinin, “Roma” və “Fiorentina” klublarının sabiq yarımmüdafiəçisi Alberto Akvilani “Sassuolo”nun baş məşqçisi təyin edilib.

41 yaşlı mütəxəssis bu vəzifədə daha əvvəl çalışmış Fabio Qrossonu əvəzləyib.

“Sassuolo” 2025/2026 mövsümündə İtaliya A Seriyasında 11-ci yeri tutub.

Qeyd edək ki, A.Akvilani daha əvvəl İtaliyada “Fiorentina”, “Piza” və “Katandzaro” klublarını da çalışdırıb.