“Karvan-Yevlax” iki futbolçu ilə yolları ayırıb.
Şakil Sno və komandada icarə əsasında çıxış edən Emin Rüstəmovla müqavilə yenilənməyib.
Emin “Karvan-Yevlax”ın heyətində 16 oyun keçirib. 30 yaşlı niderlandlı futbolçu isə başa çatan mövsümdə 33 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Qeyd edək ki, komanda Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu – 12-ci pillədə başa vuraraq I Liqaya düşüb.

















