Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar”ın yeni baş məşqçisinin adı bəlli olub.

Klub Fizuli Məmmədovla razılığa gəlib.

Onunla “1+1” illik müqavilə imzalanıb.

Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.

Qeyd edək ki, Məmmədov bundan əvvəl “Karvan-Yevlax”ın baş məşqçisi olub.