Türkiyədəki təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.

Komanda Bəhreyn seçməsi ilə üzləşib. Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını iyunun 9-da Qırğızıstan millisinə qarşı keçirəcək.