Milli Olimpiya Komitəsində idmanda təhlükəsiz mühitin gücləndirilməsi ilə bağlı proqram keçirilib.
“Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı”nda 24 federasiyanın nümayəndəsi iştirak edib.
Tədbirdə proqramın yerli federasiyalarda tətbiqi, risklərin qiymətləndirilməsi, hesabatlılıq və müdafiə mexanizmləri barədə praktiki məlumatlar verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.














