Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.

Boris Qrebennikovun baş məşqçisi olduğu komanda Türkiyənin paytaxtı Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Komandamız burada yerli komanda ilə iki yoldaşlıq oyunu keçirib. Görüşlərdən birind ev sahibi kollektiv 3:0 qalib gəlib. Digər matçda isə 2:2 hesabı qeydə alınıb. Sabah kollektiv yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Komanda növbəti matçda isə iyunun 7-də ev sahibi İsveçlə qarşılaşacaq.