Batumi şəhərində keçirilən Avropa çempionatının IX turunda təmsilçilərimiz növbəti görüşlərini keçiriblər.

Zəka sahiblərimizdən 4-ü qələbə qazanıb. Gövhər Beydullayeva, Gülnar Məmmədova, Nərmin Abdinova və Lalə Hüseynova rəqiblərini məğlub ediblər. Məryəm Ağaverdiyeva və Mələk İsmayıl heç-heçə ilə razılaşmalı olub. Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Günay Məmmədzadə, Türkan və Zeynəb Məmmədyarova bacıları isə partiyalarını məğlubiyyətlə bitiriblər.

Hazırda təmsilçilərimizdən ən yüksək nəticə Ülviyyə Fətəliyeva və Gövhər Beydullayevaya məxsusdur. Onların hər ikisinin altı xalı var. Əlavə əmsallara görə Fətəliyeva 10-cu, Beydullayeva 25-ci sıradadır. Mələk İsmayılın 5 xal yarım, İbrahimova və Məmmədovanın 5, Abdinova, Hüseynova və Türkan Məmmədyarovanın 4 xal yarım, Məmmədzadəvə Zeynəb Məmmədyarovanın 4, Ağaverdiyevanın isə hesabında 3 xal yarım var. 166 şahmatçının iştirak etdiyi Avropa çempionatına iyunun 5-də yekun vurulacaq.