“Sabah”ın futbolçusu Umarali Rahmonaliyev dünya çempionatında çıxış edəcək Özbəkistan millisinin heyətindən kənarda qalıb.

Mərkəzi Asiya təmsilçisinin italiyalı baş məşqçisi Fabio Kannavaro onun adını 26 futbolçudan ibarət yekun siyahıya daxil etməyib.

Qeyd edək ki, mundialda Misli Premyer Liqasını bir futbolçu təmsil edəcək. “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində turnirə qatılacaq.