Finlandiya millisi beşinci dəfə hokkey üzrə dünya çempionu olub.

Sürixdəki “Swiss Life-Arena”da keçirilən final matçında finlər isveçrəliləri 1:0 hesabı ilə məğlub ediblər.

Yeganə şaybanı əlavə vaxtda Konsta Helenius atıb.

Norveçlilər bir gün əvvəl Kanadalıları əlavə vaxtda 3-2 hesabı ilə məğlub edərək bürünc medal qazanmışdılar.

Finlandiya bundan əvvəl dünya çempionatının dörd dəfə – 1995, 2011, 2019 və 2022-ci illərdə – qalibi olub, ondan sonra isə dörddəbir finaldan uzağa gedə bilməyib. Turnirin qrup mərhələsində finlər isveçrəlilərə 2:4 hesabı ilə uduzublar.