“Liverpul”da Arne Slot dövrü başa çatdı.

Mersisayd klubu niderlandlı mütəxəssisin baş məşqçi postundan ayrıldığını açıqlayıb.

2024-cü ildə Yurgen Kloppu əvəzləyən Slot ilk mövsümündə “Liverpul”u Premyer Liqa çempionluğuna daşıyıb.

Onun rəhbərliyi altında komanda Premyer Liqada 76 oyuna çıxıb, 42 qələbə qazanıb, 18 heç-heçə edib və 16 dəfə məğlub olub.

Lakin son mövsümdə “Liverpul” 60 xalla 5-ci pillədə qərarlaşıb və klub rəhbərliyi yeni baş məşqçi axtarışına başlayıb.