Futbol üzrə Azərbaycan II Liqasına vəsiqə qazanmaq uğrunda pley-off oyunu bu gün keçiriləcək.

“Biləsuvar” və “Ağstafa Gəncləri” komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:00-da start götürəcək.

Xatırladaq ki, ötən mövsüm “Ağstafa Gəncləri” II Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasında üçüncü yeri tutub.