Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün ən yaxşı baş məşqçisi bəlli olub.

“Boston Seltiks”dan Co Mazzulla bu ada layiq görülüb.

37 yaşlı mütəxəssis səsvermədə Cey Bi Bikerstaff (“Detroyt Pistons”) və Mitça Consonu (“San-Antonio Spörs”) geridə qoyub.

Xatırladaq ki, “Boston Seltiks” müntəzəm mövsümdə 56 qələbə qazanıb və Şərq Konfransında ikinci yeri tutub. Komanda pley-offun ilk turunda “Filadelfiya”ya uduzub.