“Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holann 2025/26-cı illər mövsümündə İngiltərə Premyer Liqasının bombardiri olub.

Norveçli hücumçu mövsümü 27 qolla başa vurub. Bu, onun karyerasında üçüncü dəfə bombardir adını almasıdır.

Holann “Mançester Siti”də 2022-ci ildən çıxış edir. Bu müddət ərzində o, iki dəfə İngiltərə çempionatını və İngiltərə Kubokunu, eləcə də Çempionlar Liqasını, İngiltərə Liqa Kubokunu, Super Kubokunu və UEFA Super Kubokunu qazanıb.

“Brentford”un hücumçusu İqor Tiaqo siyahıda 22 qolla ikinci yerdədir.

“Mançester Siti” başa çatan mövsümdə 78 xalla ikinci yeri tutub. “Arsenal” mövsümü 85 xalla başa vuraraq, 22 ildən sonra ilk dəfə liqanı qazanıb.