Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Mərasimdə Peşəkar Futbol Liqasının, Premyer Liqanın 11-cisi “Qəbələ”nin və I Liqanı 2-ci yerdə bitirən “Mingəçevir”in nümayəndələri iştirak ediblər. Püşkatmaya əsasən “Qəbələ” nominal meydan sahibi seçilib.

Qeyd edək ki, pley-off oyunu 28 may tarixində Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Saat 18:30-da start götürəcək görüş “CBC Sport”la canlı yayımlanacaq.