Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Belarusda davam etdirəcək.
Altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Boris Qrebennikov tolanışa 17 voleybolçu çağırıb.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. İkinci tur iyunun 12-14-də Rumıniyada təşkil ediləcək, üçüncü turun matçları isə iyunun 19-21-də Bakıda keçiriləcək.













