İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub. “Tottenhem”i 2:1 məğlub edib xalını 52-yə çatdıran “Çelsi” 8-ci yerə qalxıb.

“Mançester Siti” isə səfərdə “Bornmut”un qonağı olub. Görüşdə hesabı qonaqlar açsa da, “şəhərlilər” son dəqiqələrdə məğlubiyyətdən xilas olub – 1:1.

Bununla belə 82 xalla turnir cədvəlinə başçılıq edən və son bir tur qalmış ən yaxın izləyicisi “Mançester Siti”ni 4 xal qabaqlayan “Arsenal” 22 illik fasilədən sonra 14-cü İngiltərə çempionluğunu rəsmiləşdirib.