Türkiyənin Antalya şəhərində kamandan oxatma üzrə Avropa Çempionatı keçirilir.

Yarışda iştirak edən təmsilçimiz Məhəmmədəli Əliyev fərdi qarşılaşmada niderlandlı rəqibi Smeets Yael üzərində 6:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

O, mübarizəsini mayın 22-də davam etdirəcək. Bu mərhələdə onun rəqibi Belçika idmançısı De Smedt Jarno olacaq.