Fransa Liqa 1-də sonuncu – 34-cü turun görüşləri oynanılıb. Çempionluğunu rəsmiləşdirən “Paris Sen-Jermen”  paytaxt derbisində bu şəhərin eyni adlı komandasına uduzub. Beləliklə, PSJ mövsümü 76 xalla bitirib. 6 xal az toplayan “Lans” və 61 xalı olan “Lill” ilk 3-lükdə yer alaraq Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

60 xalla 4-cü olan “Lion” qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində oynamaq üçün pley-off etapını keçməli olacaq. Hərəyə 59 xal toplayan kollektivlərdən “Marsel” Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edibsə, “Renn” hələki Konfrans Liqasında əsas mərhələ uğrunda yarışacaq.

Ancaq mayın 2-si Fransa kubokunun finalında “Lans” “Nitsa”nı məğlub edərsə, “Renn” Avropa liqasına, 54 xalla 7-ci yeri tutan “Monako” Konfrans liqasına yollanacaq. Əlavə edək ki, “Mets” və “Nant” növbəti mövsüm Liqa 2-də çıxış edəcək. 32 xalla 16-cı oaln “Nitsa” isə elitada qalmaq üçün “Sent-Etiyen”lə pley-out matçı keçirəcək