İspaniyalı Xabi Alonso İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunub.
Alonso iyulun 1-də işə başlayacaq. Onun yeni komandası ilə müqaviləsi 4 illikdir.
“Çelsi dünya futbolunun ən böyük klublarından biridir və bu möhtəşəm klubun baş məşqçisi vəzifəsini öz üzərimə götürdüyüm üçün inanılmaz dərəcədə qürur duyuram. Rəhbərliklə söhbətlərimdən aydın olur ki, eyni ambisiyaları bölüşürük. Ən yüksək səviyyədə çıxış edə və kuboklar uğrunda mübarizə apara bilən bir komanda qurmaq istəyirik. Heyətdə istedadlı oyunçular çoxdur və klubun böyük potensialı var. “Çelsi”yə rəhbərlik etmək mənim üçün böyük şərəf olacaq”, – deyə X.Alonso bildirib.
44 yaşlı mütəxəssis 2025-ci ilin mayından “Real Madrid”ə rəhbərlik etsə də, klub onu bu ilin yanvarında istefaya göndərmişdi.















