“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində mübarizəyə start verib.

Paytaxt təmsilçisi Taylandla üz-üzə gəlib.

Qarşılaşma Taylandın 19:14 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün növbəti görüşünü “Amsterdam”a (Niderland) qarşı keçirəcək. Matç 13:30-da başlayacaq.