Filippinin paytaxtı Manilada keçirilən 3-ün 3-ə basketbol üzrə qadınların Dünya Seriyasında mübarizə davam edir.

Turnirdə Azərbaycanı təmsil edən “Neftçi” 1/4 final matçına çıxıb. Monqolustan millisi ilə qarşılaşan “ağ-qaralar” 21:11 hesablı qələbə qazanıb və yarımfinala yüksəlib.

Onlar bu etapda Amerika Birləşmiş Ştatları seçməsi ilə üzləşəcəklər.